“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
Avqustun 5-də “Təmiz Şəhər” ASC-nin yeni tərkibdə formalaşdırılmış Müşahidə Şurasının ilk iclası keçirilib.
Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovun sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri, Cəmiyyətin İdarə Heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclas zamanı Cəmiyyətin 2025-ci il üzrə audit edilmiş maliyyə hesabatı dinlənilib və icra orqanına müvafiq tapşırıqlar verilib. Bununla yanaşı, gündəlikdə nəzərdə tutulan digər məsələlərə baxılıb, onların icrası ilə bağlı fikir mübadiləsi aparılıb və aidiyyəti təkliflər səsləndirilib.
Qeyd edək ki, “Təmiz Şəhər” ASC Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Prezidentin 4 mart 2026-cı il tarixli Sərəncamı və 26 may 2026-cı il tarixli Fərmanına müvafiq olaraq isə Cəmiyyətin Müşahidə Şurasının yeni tərkibi formalaşdırılıb.



