

Neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi. Neftin, qazın, qaz kondensatının hasilatı, emalı və nəqli, həmçinin neft, qaz və neft-kimya məhsullarının daxili və xarici bazarlarda satışını həyata keçirən Azərbaycan Respublikasının ən böyük dövlət şirkəti.


Cənubi Qafqaz regionunda yeganə ilkin alüminium və alüminium təbəqə istehsalçısı olan, beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsullar təqdim edən dövlət müəssisəsi.


Yerli alunit filiz yataqlarının tədqiqi və işlənməsini, filiz ehtiyatlarının alüminium istehsalı üçün yerli xammal kimi istifadəsinin innovativ və effektiv yollarının inkişaf etdirilməsini təmin edən dövlət müəssisəsi.


Bakı şəhəri ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun mütəşəkkil şəkildə qurmaqla və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirən dövlət müəssisəsi.


Maliyyə və sosial ödənişlərin həyata keçirilməsində mühüm rol oynayan, əhaliyə və sahibkarlara geniş spektrli bank xidmətlərinin göstərilməsini və kreditlərin verilməsini həyata keçirən Azərbaycanın ən iri dövlət bankı.