AİH-in kollektivi Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib

27 sentyabr 2026
News image
News image
News image
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) kollektivi 27 Sentyabr – Anım Günü ilə bağlı Zəfər Parkını ziyarət edib.

Ziyarət zamanı AİH-in Vətən müharibəsi iştirakçısı olan əməkdaşlarının da iştirakı ilə kollektiv abidə önünə gül dəstələri qoyaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsində canından keçmiş şəhidlərin əziz xatirəsini yad edib.