AİH-in Baş icraçı direktorunun dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə yekun görüşü keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanovun Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əkbər Əsgərov ilə yekun görüşü baş tutub.
Görüş zamanı son dövr ərzində görülmüş işlər müzakirə edilib, gələcək karyera planları və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.
