AİH-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

10 may 2024
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image
News image

Mayın 10-da Azərbaycan İnvestisiya Holdinqində (AİH) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. AİH-in rəhbərliyi və kollektivinin iştirak etdiyi tədbirə müstəqil Azərbaycanın ilk Baş naziri və sabiq xarici işlər naziri Həsən Həsənov fəxri qonaq qismində qatılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi fəaliyyətindən və onun dövlət idarəetmə sisteminin qurulmasında rolundan danışıb.

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Həsən Həsənov isə öz çıxışında ümummilli lider Heydər Əliyevlə bağlı maraqlı və zəngin xatirələrini bölüşüb, Ulu Öndərin cəmiyyətdə milli düşüncənin formalaşması istiqamətində göstərdiyi misilsiz xidmətlərindən və ölkəmiz üçün önəmli olan digər hadisələr barədə danışıb.