Loading...
Press relizlər
15 may 2024

Mayın 14-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən və Müşahidə Şurasının, eləcə də ASCO-nun İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda Cəmiyyətin kənar auditorunun 2023-cü il üzrə həyata keçirilmiş audit prosedurlarının nəticələrinə dair təqdimatı və Cəmiyyətin İdarə Heyətinin qeyd olunan dövr üzrə konsolidə edilmiş maliyyə hesabatlarına dair təqdimatı dinlənilib. Geniş müzakirələrin ardınca konsolidə edilmiş maliyyə hesabatları Müşahidə Şurası tərəfindən məqbul hesab olunub.  

İclasda ASCO-nun 2023-cü il üzrə idarəetmə hesabatı Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar verilib.

İclasda həmçinin Cəmiyyətin donanmasının yenilənməsi, bazar konyunkturasından, eləcə də qlobal iqlim dəyişiklikləri fonunda dekarbonlaşma və “yaşıl artım” çağırışlarından irəli gələrək Cəmiyyətin gələcək fəaliyyət prioritetlərinin müəyyən edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

Visions Icon

Missiyamız

AİH-nin mədəni dəyərlərini bölüşən peşəkar və məqsədyönlü komanda tərəfindən həyata keçirilən şəffaf investisiya prosesləri vasitəsilə Azərbaycanın uzunmüddətli inkişafına və firavanlığının artımına xidmət etmək.

Ətraflı
Visions

Portfel şirkətlər

Energetika və təbii sərvətlər

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AzerGold” QSC

Logistika

“Azərbaycan Dəmir Yolları” QSC “Azərbaycan Hava Yolları” QSC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ”Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC

İctimai xidmətlər

“Bakı Metropoliteni” QSC “Təmiz Şəhər” ASC “Baku Bus” MMC

Maliyyə

“Azərbaycan Beynəlxalq Bankı” ASC “Azər Türk Bank” ASC