Şəffaflıq etimadın, etimad isə dayanıqlı inkişafın təməlidir.
Səmərəli idarəetmə yalnız əldə olunan nəticələrlə deyil, bu nəticələrə aparan prinsiplərlə də ölçülür. Şəffaflıq, dürüstlük, peşəkarlıq və məsuliyyətli qərarvermə institusional etimadın möhkəmlənməsinə, resurslardan səmərəli istifadəyə və uzunmüddətli inkişafın təmin olunmasına xidmət edir.
Azərbaycan İnvestisiya Holdinqinin missiyası Azərbaycanın uzunmüddətli inkişafına və rifahının yüksəldilməsinə şəffaf investisiya prosesləri vasitəsilə töhfə verməkdir. Bu yanaşma əsas dəyərlərimizin - şəffaflığın, etimadın və peşəkarlığın gündəlik fəaliyyətimizdə tətbiqinin əhəmiyyətini vurğulayır.
Korrupsiyaya qarşı mübarizə də məhz bu prinsiplərin qorunması, qərarların obyektiv meyarlar əsasında qəbul edilməsi və hər bir resursa məsuliyyətlə yanaşılması ilə sıx bağlıdır.
Dürüstlük və korrupsiyaya qarşı mübarizə - institusional mədəniyyətin möhkəmləndirilməsinin və davamlı inkişafın əsas şərtləridir.
Missiyamız
AİH-nin mədəni dəyərlərini bölüşən peşəkar və məqsədyönlü komanda tərəfindən həyata keçirilən şəffaf investisiya prosesləri vasitəsilə Azərbaycanın uzunmüddətli inkişafına və firavanlığının artımına xidmət etmək.
Ətraflı







