Tranzaksiyalar üzrə baş hüquq meneceri

Son tarix 05 iyun 2026

Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya ofisinə “Tranzaksiyalar üzrə baş hüquq meneceri” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.


Vəzifə funksiyaları:

  • İnvestisiya layihələri üzrə hüquqi riskləri müəyyənləşdirmək, qiymətləndirmək və həmin risklərin minimallaşdırması və idarə edilməsi üzrə tövsiyələr vermək
  • İnvestisiya layihələri ilə bağlı müqavilələri, razılaşmaları, niyyət protokollarını və digər hüquqi sənədləri hazırlamaq və yoxlamaq, zərurət olduqda danışıqların aparılmasında iştirak etmək
  • Hazırlanmış investisiya layihələrinə dair sənəd layihələrinin (məktub, arayış, sorğu və s.) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq
  • AİH-in investisiya layihələri çərçivəsində iştirak etdiyi məhkəmə baxışları və arbitraj proseslərində AİH-in iddiaçı və cavabdeh qismində təmsil edilməsində iştirak etmək


Namizədə dair tələblər:

  • Hüquq, kommersiya hüququ və beynəlxalq hüquq sahələri üzrə ali təhsil (müvafiq sahə üzrə magistratura dərəcəsi arzuolunandır);
  • Müvafiq sahədə 5-8 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır)
  • Dəqiqlik və məsuliyyətlilik
  • Analitik düşünmə və hüquqi risklərin qiymətləndirilməsi bacarığı
  • Görüşlər zamanı effektiv danışıqlar aparmaq, qarşılıqlı əlaqə qurmaq və çətin müzakirələrdə fikirlərini aydın şəkildə ifadə etmək bacarığı
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı


Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 5 iyun 2026-cı il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Qalan simvol sayı: 300