Sahəvi ekspert ofisinin məsləhətçisi
Son tarix 20 iyun 2026
Azərbaycan İnvestisiya Holdinqi Sahəvi ekspert ofisinə “Məsləhətçi” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
- Büdcələrin, biznes planların, strategiya sənədlərinin və texniki-iqtisadi əsaslandırmaların təhlili prosesində iştirak etmək
- Əsas Səmərəlilik Göstəricilərinin monitorinqinin aparılmasına və nəticələrin təhlilinə dəstək göstərmək
- Müşahidə Şurasına və digər idarəetmə orqanlarına təqdim ediləcək materialların və təqdimatların hazırlanmasında iştirak etmək
- Dövlət qurumlarından daxil olan sorğu və məktubların cavablandırılması üçün məlumatların toplanması və aidiyyəti sənədlərin hazırlanmasında iştirak etmək
- Portfel şirkətlərinin fəaliyyət göstəricilərinin təhlili və strateji inkişaf istiqamətləri üzrə araşdırmalar aparmaq
- Büdcə planlaşdırılması və maliyyə modelləşdirilməsi proseslərinə dəstək göstərmək
- Yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində keçirilən görüş və layihələrin təşkilində iştirak etmək
- Makroiqtisadi göstəricilər, sektor trendləri və bazar mühiti üzrə araşdırmalar apararaq analitik məlumatlar hazırlamaq
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, biznesin idarə edilməsi və iqtisadiyyat istiqamətləri üzrə)
- İxtisası üzrə ən azı 1 il iş təcrübəsi
- Maliyyə və əməliyyat göstəriciləri üzrə təhlillərin aparılması ilə bağlı təcrübə
- MS Excel proqramında maliyyə modelləri ilə işləmək və onların yığılması ilə bağlı təcrübə
- MS PowerPoint proqramında təqdimatların hazırlanması üzrə təcrübə
- CFA və ya ACCA dərəcələri üzrə davam edən ixtisaslaşma (üstünlükdür)
- İrihəcmli məlumatlar ilə işləmə bacarığı
- Səlis Azərbaycan və ingilis dili bilikləri
- Analitik düşünmə qabiliyyəti
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 20 iyun 2026-cı il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
