Sahəvi ekspert ofisinin aparıcı məsləhətçisi
Son tarix 20 iyun 2026
Azərbaycan İnvestisiya Holdinqi Sahəvi ekspert ofisinə “Aparıcı məsləhətçi” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
- Büdcələrin, biznes planların, strategiya sənədlərinin və texniki-iqtisadi əsaslandırmaların təhlilinin aparılması, maliyyə və əməliyyat göstəricilərinin qiymətləndirilməsi
- Əsas Səmərəlilik Göstəricilərinin müəyyən edilməsi, monitorinqinin aparılması və nəticələrin təhlil edilərək rəhbərliyə təqdim olunması
- Müşahidə Şurasına və digər idarəetmə orqanlarına təqdim ediləcək məsələlər üzrə analitik materialların, rəy və təqdimatların hazırlanması
- Dövlət qurumlarından daxil olan sorğu və məktubların cavablandırılması prosesində iştirak, aidiyyəti arayışların hazırlanması
- Portfel şirkətlərinin fəaliyyətinin səmərəliliyinin artırılması və strateji inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması
- Maliyyə modelləşdirilməsi və büdcə planlaşdırılması proseslərində iştirak və metodoloji dəstəyin göstərilməsi
- Yerli və beynəlxalq təşkilatlar, dövlət qurumları və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində görüşlərin və layihələrin koordinasiya olunması
- Qlobal bazarlar, makroiqtisadi mühit, sektor trendləri və rəqabət mühiti üzrə araşdırmaların aparılması və analitik hesabatların hazırlanması
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, biznesin idarə edilməsi və iqtisadiyyat istiqamətləri üzrə)
- İxtisası üzrə ən azı 3 il iş təcrübəsi
- Maliyyə və əməliyyat göstəriciləri üzrə təhlillərin aparılması ilə bağlı təcrübə
- MS Excel proqramında maliyyə modelləri ilə işləmək və onların yığılması ilə bağlı təcrübə
- MS PowerPoint proqramında təqdimatları peşəkar səviyyədə hazırlamaq təcrübəsi
- CFA və ya ACCA dərəcələri üzrə davam edən və ya tamamlanmış ixtisaslaşma (üstünlükdür)
- İrihəcmli məlumatlar ilə işləmə bacarığı
- Səlis Azərbaycan və ingilis dili bilikləri
- Analitik düşünmə qabiliyyəti
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 20 iyun 2026-cı il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
