Fərid Baxşıyev
1977-ci il iyunun 8-i Bakı şəhərində anadan olub.
1994–1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə olunması üzrə bakalavr, 1998–2000-ci illərdə isə biznes inzibatçılığı sahəsində magistr təhsili alıb.
2003–2004-cü illərdə Böyük Britaniyanın Redinq Universitetində inkişafın maliyyələşdirilməsi ixtisasının magistr dərəcəsini bitirib.
1998–2003-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr və xarici borcların idarə olunması departamentində baş iqtisadçı vəzifəsində çalışıb.
2017–2021-ci illər ərzində “KPMG Azerbaijan Limited” şirkətində Konsaltinq praktikasının direktoru, 2021–2026-cı illərdə isə "Ekvita Consulting" MMC-də partnyor vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2025-ci il tarixli Fərmanı ilə yaradılmış Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru təyin edilib.
