Tranzaksiyalar üzrə baş hüquq meneceri
Son tarix 05 iyun 2026
Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya ofisinə “Tranzaksiyalar üzrə baş hüquq meneceri” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
- İnvestisiya layihələri üzrə hüquqi riskləri müəyyənləşdirmək, qiymətləndirmək və həmin risklərin minimallaşdırması və idarə edilməsi üzrə tövsiyələr vermək
- İnvestisiya layihələri ilə bağlı müqavilələri, razılaşmaları, niyyət protokollarını və digər hüquqi sənədləri hazırlamaq və yoxlamaq, zərurət olduqda danışıqların aparılmasında iştirak etmək
- Hazırlanmış investisiya layihələrinə dair sənəd layihələrinin (məktub, arayış, sorğu və s.) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq
- AİH-in investisiya layihələri çərçivəsində iştirak etdiyi məhkəmə baxışları və arbitraj proseslərində AİH-in iddiaçı və cavabdeh qismində təmsil edilməsində iştirak etmək
Namizədə dair tələblər:
- Hüquq, kommersiya hüququ və beynəlxalq hüquq sahələri üzrə ali təhsil (müvafiq sahə üzrə magistratura dərəcəsi arzuolunandır);
- Müvafiq sahədə 5-8 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır)
- Dəqiqlik və məsuliyyətlilik
- Analitik düşünmə və hüquqi risklərin qiymətləndirilməsi bacarığı
- Görüşlər zamanı effektiv danışıqlar aparmaq, qarşılıqlı əlaqə qurmaq və çətin müzakirələrdə fikirlərini aydın şəkildə ifadə etmək bacarığı
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 5 iyun 2026-cı il tarixədək ünvanlaya bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
