Sahəvi ekspert ofisinin məsləhətçisi

Son tarix 20 iyun 2026

Azərbaycan İnvestisiya Holdinqi Sahəvi ekspert ofisinə “Məsləhətçi” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • Büdcələrin, biznes planların, strategiya sənədlərinin və texniki-iqtisadi əsaslandırmaların təhlili prosesində iştirak etmək
  • Əsas Səmərəlilik Göstəricilərinin monitorinqinin aparılmasına və nəticələrin təhlilinə dəstək göstərmək
  • Müşahidə Şurasına və digər idarəetmə orqanlarına təqdim ediləcək materialların və təqdimatların hazırlanmasında iştirak etmək
  • Dövlət qurumlarından daxil olan sorğu və məktubların cavablandırılması üçün məlumatların toplanması və aidiyyəti sənədlərin hazırlanmasında iştirak etmək
  • Portfel şirkətlərinin fəaliyyət göstəricilərinin təhlili və strateji inkişaf istiqamətləri üzrə araşdırmalar aparmaq
  • Büdcə planlaşdırılması və maliyyə modelləşdirilməsi proseslərinə dəstək göstərmək
  • Yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində keçirilən görüş və layihələrin təşkilində iştirak etmək
  • Makroiqtisadi göstəricilər, sektor trendləri və bazar mühiti üzrə araşdırmalar apararaq analitik məlumatlar hazırlamaq

 

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, biznesin idarə edilməsi və iqtisadiyyat istiqamətləri üzrə)
  • İxtisası üzrə ən azı 1 il iş təcrübəsi
  • Maliyyə və əməliyyat göstəriciləri üzrə təhlillərin aparılması ilə bağlı təcrübə
  • MS Excel proqramında maliyyə modelləri ilə işləmək və onların yığılması ilə bağlı təcrübə
  • MS PowerPoint proqramında təqdimatların hazırlanması üzrə təcrübə
  • CFA və ya ACCA dərəcələri üzrə davam edən ixtisaslaşma (üstünlükdür)
  • İrihəcmli məlumatlar ilə işləmə bacarığı
  • Səlis Azərbaycan və ingilis dili bilikləri
  • Analitik düşünmə qabiliyyəti

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 20 iyun 2026-cı il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Qalan simvol sayı: 300