Sahəvi ekspert ofisinin aparıcı məsləhətçisi

Son tarix 20 iyun 2026

Azərbaycan İnvestisiya Holdinqi Sahəvi ekspert ofisinə “Aparıcı məsləhətçi” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

Vəzifə funksiyaları:

  • Büdcələrin, biznes planların, strategiya sənədlərinin və texniki-iqtisadi əsaslandırmaların təhlilinin aparılması, maliyyə və əməliyyat göstəricilərinin qiymətləndirilməsi
  • Əsas Səmərəlilik Göstəricilərinin müəyyən edilməsi, monitorinqinin aparılması və nəticələrin təhlil edilərək rəhbərliyə təqdim olunması
  • Müşahidə Şurasına və digər idarəetmə orqanlarına təqdim ediləcək məsələlər üzrə analitik materialların, rəy və təqdimatların hazırlanması
  • Dövlət qurumlarından daxil olan sorğu və məktubların cavablandırılması prosesində iştirak, aidiyyəti arayışların hazırlanması
  • Portfel şirkətlərinin fəaliyyətinin səmərəliliyinin artırılması və strateji inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması
  • Maliyyə modelləşdirilməsi və büdcə planlaşdırılması proseslərində iştirak və metodoloji dəstəyin göstərilməsi
  • Yerli və beynəlxalq təşkilatlar, dövlət qurumları və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində görüşlərin və layihələrin koordinasiya olunması
  • Qlobal bazarlar, makroiqtisadi mühit, sektor trendləri və rəqabət mühiti üzrə araşdırmaların aparılması və analitik hesabatların hazırlanması

 

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, biznesin idarə edilməsi və iqtisadiyyat istiqamətləri üzrə)
  • İxtisası üzrə ən azı 3 il iş təcrübəsi
  • Maliyyə və əməliyyat göstəriciləri üzrə təhlillərin aparılması ilə bağlı təcrübə
  • MS Excel proqramında maliyyə modelləri ilə işləmək və onların yığılması ilə bağlı təcrübə
  • MS PowerPoint proqramında təqdimatları peşəkar səviyyədə hazırlamaq təcrübəsi
  • CFA və ya ACCA dərəcələri üzrə davam edən və ya tamamlanmış ixtisaslaşma (üstünlükdür)
  • İrihəcmli məlumatlar ilə işləmə bacarığı
  • Səlis Azərbaycan və ingilis dili bilikləri
  • Analitik düşünmə qabiliyyəti

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini 20 iyun 2026-cı il tarixədək ünvanlaya bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Qalan simvol sayı: 300